AZ

Gərginlik artır: İran cavab planını açıqladı

Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İranın vitse-prezidenti İsmayıl Sekab İsfahani bildirib ki, ölkənin neft infrastrukturuna yönələn hər hansı hücum cavabsız qalmayacaq və Səudiyyə Ərəbistanının enerji obyektlərinə qarşı cavab zərbələri ilə nəticələnəcək.

"Cebheinfo.az"-ın İranın rəsmi xəbər agentliyi IRNA-nın məlumatına görə, Tehranın İslamşəhr rayonunda ABŞ və İsrailə qarşı hər gecə keçirilən etiraz aksiyasında çıxış edən İsfahani, ABŞ-nin İranın neft obyektlərinə yenidən hücum edə biləcəyi ilə bağlı təhdidlərini dəyərləndirib.

ABŞ Prezidenti Donald Trampın təhdidlərindən qorxmadıqlarını deyən İsfahani bildirib: “Məqsədlərimiz aydındır. Hazırlıqlarımız mərhələli şəkildə qurulub: aşağı mərhələlər ‘gözə-göz, dişə-diş’, yuxarı mərhələlər isə "daha sərt cavab" prinsipinə əsaslanır.

Əgər neft quyularımızdan hər hansı biri vurularsa, Səudiyyə Ərəbistanının neft obyektlərindən biri də hədəf alınacaq. Buna görə də Trampın açıqlamalarından narahat olmayın. Lazımi və adekvat cavab veriləcək".

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İranın ABŞ-nin tələblərini qəbul etməyəcəyi təqdirdə, enerji obyektləri də daxil olmaqla ölkənin mülki infrastrukturunu hədəfə ala biləcəklərini bildirmişdi.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
1
cebheinfo.az

2Mənbələr