"Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və Latviya Prezidenti Edqars Rinkeviçs arasında keçirilən görüş və səsləndirilən bəyanatlar iki dövlət arasında münasibətlərin dinamik şəkildə inkişaf etdiyini bir daha nümayiş etdirir. Bu səfər yalnız diplomatik təmasların davamı deyil, eyni zamanda əməkdaşlığın daha dərin və çoxşaxəli xarakter almasına xidmət edən mühüm siyasi hadisə kimi dəyərləndirilir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Asif Əsgərov deyib: "İkitərəfli münasibətlərin əsasında dayanan Strateji Tərəfdaşlıq haqqında Bəyannamə bu gün də əməkdaşlığın əsas istiqamətlərini müəyyən edən mühüm sənəd olaraq qalır. Bu hüquqi baza sayəsində tərəflər müxtəlif sahələrdə əlaqələri sistemli şəkildə inkişaf etdirərək qarşılıqlı etimad mühitini möhkəmləndiriblər. Görüş zamanı aparılan müzakirələr bir daha göstərdi ki, mövcud əməkdaşlıq yalnız formal xarakter daşımır, eyni zamanda konkret nəticələrə yönəlmiş praktik məzmun kəsb edir. Təkbətək və geniş tərkibdə keçirilən görüşlərdə ikitərəfli gündəliklə yanaşı, beynəlxalq və regional məsələlər də diqqət mərkəzində olub. Bu isə tərəflərin qlobal proseslərə münasibətdə ortaq yanaşmalar nümayiş etdirdiyini göstərir.Bir həftə əvvəl Birgə Hökumətlərarası Komissiyanın Qarabağda görüş keçirməsi həm siyasi iradənin nümayişi, həm də iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. İclasda müzakirə olunan perspektivli planlar və birgə layihələr tərəfdaşlığın konkret nəticələr üzərində qurulduğunu göstərir. Həmin kontekstdə Bakıda keçirilən biznes-forum iqtisadi əməkdaşlığın inkişafı baxımından mühüm platforma rolunu oynayır. Bu cür platformalar gələcəkdə konkret müqavilələrin imzalanmasına və yeni layihələrin reallaşdırılmasına zəmin yaradır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31