AZ

Qısa ətəkdə Anıtqəbirə əkil qoyması müzakirə yaratdı FOTO

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Anıtqəbirə ( Mustafa Kamal Atatürkün mavzoleyi ) gələn minlərlə insan arasında bir qrup müəllimin fərqli şəkildə qarşılanması hər kəsin diqqətini çəkib. Paytaxtda keçirilən bayram tədbirləri fonunda yaşanan bu hadisə qısa müddətdə ölkə gündəminin əsas mövzusuna çevrilib.Demokrat.az xəbər verir ki, özəl bağçalardan birinin müdirəsi və müəllimlərinin 23 aprel Türkiyə Milli Suverenlik və Uşaq Bayramı münasibətilə Mustafa Kamal Atatürkün məzarını ziyarət etməsi sosial şəbəkələrdə müzakirələrə yol açıb. Ziyarət zamanı üzərində təhsil müəssisəsinin adı yazılmış əklilin hərbçilər tərəfindən daşınması və rəsmi mərasim düzəninin tətbiq edilməsi birmənalı qarşılanmayıb. Türkiyənin müxtəlif bölgələrindən gələn ziyarətçilər arasında baş tutan bu xüsusi mərasimin görüntüləri geniş reaksiyaya səbəb olub.Məsələ ilə bağlı bağça müdirəsi hisslərini bu sözlərlə ifadə edib:“Mustafa Kamal Atatürkün hüzurunda idik. O an sadəcə bir yürüş deyildi. Bu, keçmişə hörmətin, gələcəyə ümidin səssiz, amma güclü ifadəsi idi. Bu gün uşaqlarımıza sadəcə bir ziyarət deyil, bir şüur, bir dəyər, bir əmanət qoyduq”.Sözügedən görüntülər paylaşıldıqdan sonra rəsmi protokol qaydalarının özəl müəssisələr üçün bu şəkildə tətbiq olunub-olunmayacağı suallar doğurub.

Seçilən
27
demokrat.az

1Mənbələr