AZ

16 yaşında görmə qabiliyyətini itirən şəxs Macarıstanda nazir təyin OLUNACAQ FOTO

Bizim media saytına istinadən ain.az xəbər verir.

Macarıstanın gələcək baş naziri Peter Madyar nəqliyyat və investisiyalar naziri vəzifəsinə David Vitezini, sosial və ailə məsələləri naziri postuna isə Vilmoş Katai-Nemeti təklif etdiyini açıqlayıb.Bizim.Media xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində paylaşım edib.Madyarın sözlərinə görə, Vitezi 20 ildən artıqdır nəqliyyat və şəhərsalma sahəsində fəaliyyət göstərir, bu istiqamətdə dərs deyib və məsləhətçi kimi çalışıb. O, həmçinin Budapeşt şəhərində ictimai nəqliyyatın modernləşdirilməsi layihələrində iştirak edib.

 

Ona ölkənin dəmir yolu sistemini böhrandan çıxarmaq və genişmiqyaslı nəqliyyat proqramını həyata keçirmək tapşırılıb. Katai-Nemet isə Macarıstan tarixində ilk görmə qabiliyyəti olmayan nazir olacaq. 

O, 16 yaşında görmə qabiliyyətini itirib, hüquq təhsili alıb və hazırda vəkil kimi fəaliyyət göstərir. Madyar vurğulayıb ki, onun şəxsi təcrübəsi əlçatanlıq və bərabər imkanlar məsələlərinə xüsusi diqqət yetirilməsinə şərait yaradacaq.Bildirilir ki, Katai-Nemet ailələrin dəstəklənməsi, sosial müdafiə sisteminin inkişafı, təhsil və səhiyyəyə çıxışın yaxşılaşdırılması, eləcə də uşaq müdafiəsi mexanizmlərinin gücləndirilməsi istiqamətində fəaliyyət göstərməyi planlaşdırır.

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
45
bizim.media

10Mənbələr