AZ

Macarıstanın ali mükafatına layiq görülən Azərbaycan səfirindən ÖZƏL AÇIQLAMA  

Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə “Macarıstanın Xidmətlərə görə Komandor Xaçı” ordeni ilə təltif olunub. Təltifolunma mərasimi aprelin 23-də Macarıstan Xarici İşlər və Ticarət Nazirliyində keçirilib.

Musavat.com səfir Tahir Tağızadə ilə əlaqə saxlayıb. Diplomat saytımıza açıqlamasında bu mükafata layiq görüldüyü üçün minnətdar olduğunu, illərlə davam edən uğurlu əməkdaşlığa görə Macarıstan hökumətinə və xalqına ən səmimi təşəkkürünü bildirib:

"Macarıstanın Xidmətlərə görə Komandor Xaçı” ordeni 2011-ci ildən etibarən Macarıstan dövləti tərəfindən təqdim olunan yüksək mükafatlardan biridir. Bu orden ölkənin maraqlarının təşviqinə töhfə verən, ümumbəşəri dəyərlərə xidmət edən və nümunəvi fəaliyyəti ilə seçilən şəxslərə verilir.

Mükafat hər il Macarıstan Prezidenti tərəfindən məhdud sayda bu ölkənin vətəndaşları və xaricilərə təqdim olunur”,- deyə səfir qeyd edib.

Nigar Həsənli
Musavat.com

Seçilən
20
musavat.com

1Mənbələr