AZ

“NATO Ukrayna ordusunun idarəetməsinə təsir göstərir” - Zaxarova

Rusiya XİN NATO-nun Ukrayna ordusuna təsiri ilə bağlı iddialar səsləndirib.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə açıqlama verib.

Bildirilib ki, Zaxarova NATO-nun yüksək vəzifəli nümayəndələrinin Ukrayna Silahlı Qüvvələrinin rəhbər strukturlarına təsir göstərdiyini iddia edib.

Qeyd olunub ki, o, Ukrayna Baş Qərargahı tərəfindən yaradıldığı deyilən “ekspert şurası”nı NATO hərbçilərinin fəaliyyətinə örtük kimi təqdim edib.

Məlumata görə, Zaxarova bu strukturun Ukrayna ordusunda qərarvermə prosesinə xarici müdaxilə üçün istifadə olunduğunu iddia edib.

Açıqlamada bildirilir ki, o, NATO, eləcə də bəzi Qərb ölkələrinin hərbi nümayəndələrinin Ukraynaya dəstək məqsədilə deyil, əməli idarəetməyə təsir üçün yerləşdirildiyini söyləyib.

Zaxarova həmçinin həmin şəxslərin Ukrayna ərazisində Qərb silahlarının istifadəsi ilə bağlı proseslərdə rol oynadığını iddia edib.

O, Ukrayna hərbi strukturlarında xarici zabitlərin iştirakı ilə bağlı narahatlıqlarını da dilə gətirib.

Aminə ŞAHSUVARQIZI

 

Seçilən
45
1
redaktor.az

2Mənbələr