AZ

Rəsmi Moskva: Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir

Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyası seçkilərə təsir etməyi hədəfləyir.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bugünkü brifinqdə bildirib.

Onun sözlərinə görə, Aİ Ermənistandakı yeni mülki missiyanın parlament seçkilərinin nəticələrinə təsir göstərməsinə imkan verəcəyini gizlətmir.

“Bu, artıq ikinci missiyadır. Aİ qanunsuz maliyyə axınlarını izləmək və kiberhücumlara qarşı mübarizə bəhanəsi ilə Ermənistanın daxili işlərinə müdaxilə etməyə çalışacaq”, - Rusiya XİN sözçüsü qeyd edib.

Seçilən
53
8
apa.az

9Mənbələr