AZ

Zəngəzur dəhlizi regional dövlətlər üçün iqtisadi dividentlər vəd edir ekspert rəyi

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 24 aprel, AZƏRTAC

“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) adlandırılan Zəngəzur dəhlizinin infrastruktur layihələrinin texniki əsalandırması prosesinə başlanlıb. Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçəcək 42 kilometrlik məsafəsi xüsusi ilə diqqət mərkəzindədir. Bu işləri ABŞ-nin Ticarət və İnkişaf Agentliyi (USTDA) həyata keçirir.

AZƏRTAC xəbər verir ki, Agentliyin bəyanatında bildirilib ki, USTDA Zəngəzur dəhlizi ilə çəkiləcək avtomobil və dəmir yolu ilə yanaşı, mülki xarakter daşıyan nüvə və elektrik enerjisinin ötürülməsini, kibertəhlükəsizlik və rəqəmsal infrastrukturların qurulmasını da nəzərdən keçirir.

“Euronews” kanalı bildirib ki, bu proseslərin Avropanın enerji böhranı yaşadığı bir zamanda həyata keçirilməsi Qərbin maraqlarına cavab verir. Azərbaycan həmişə etibarlı tərəfdaş olduğunu sübuta yetirib və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayır.

Məsələyə münasibət bildirən iqtisad elmləri doktoru, professor Ağarza Rüstəmov vurğulayıb ki, ABŞ-nin Zəngəzur dəhlizinə maraq göstərməsinin bir çox səbəbləri var və artıq bu reallığı bütün dünya qəbul edir. İstər geosiyasi, istər iqtisadi, istərsə də nəqliyyat baxımından Zəngəzur dəhlizi regional və beynəlxalq müstəvidə əhəmiyyətli layihə hesab olunur. Dəhliz Naxçıvanla maneəsiz əlaqələrin qurulması və sərbəst kommunikasiya baxımından bizim üçün çox əhəmiyyətlidir. Bu marşrut beynəlxalq yükdaşımaları baxımından Ermənistanın özü üçün də əvəzsizdir”, - deyən professor bildirib. O, nəzərə çatdırıb ki, Zəngəzur dəhlizinin beynəlxalq miqyasda Avropa və Asiya arasında əsas logistik mərkəzlərdən biri olacağı şübhəsizdir. TRIPP marşrutu Avropa, Türkiyə, Mərkəzi Asiya və Çin arasında əsas nəqliyyat xəttinə çevriləcək.

“Azərbaycanın son dövrlər ABŞ ilə əlaqələrinin dinamik inkişafı onu deməyə əsas verir ki, rəsmi Vaşinqton Zəngəzur dəhlizinin formalaşması və fəaliyyətə başlamasına nail olacaq. Bu isə regionun bütün dövlətləri üçün iqtisadi səmərə gətirəcək”, - deyə professor əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
44
3
azertag.az

4Mənbələr