AZ

Onlara 1500 manat veriləcək

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

1941–1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarının, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının, habelə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərin sosial müdafiəsini gücləndirmək məqsədilə növbəti addım atılıb. Dövlət başçısı bu kateqoriyadan olan vətəndaşlara birdəfəlik maddi yardımın ödənilməsi barədə qərar qəbul edib.Demokrat.az xəbər verir ki, Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb.Sərəncama əsasən, İkinci Dünya müharibəsi iştirakçılarına 2 750 manat məbləğində birdəfəlik yardım veriləcək. Müharibədə həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə təltif edilənlərə, xüsusi birləşmələrin işçilərinə və Leninqrad şəhərinin müdafiəsi iştirakçılarına isə 1 500 manat ödəniləcək.Sözügedən ödənişlərin maliyyələşdirilməsi üçün 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 3 milyon manat vəsait ayrılıb. Sənədlə müəyyən edilmiş məbləğin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vasitəsilə vətəndaşlara çatdırılması təmin ediləcək.Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
51
demokrat.az

1Mənbələr