AZ

Vaqif Qarayev: “Mövsümdən əvvəl satılan meyvələr uşaqlar üçün ziyanlıdır, ən yaxşı halda isə faydası yoxdur”

Mövsümündən əvvəl satışa çıxarılan meyvə-tərəvəz və giləmeyvələrin uşaqların sağlamlığına mənfi təsir göstərə biləcəyi vurğulanır.

 

Tanınmış pediatr Vaqif Qarayev Pravda.az-a açıqlamasında deyib ki, mövsümündən əvvəl bazara çıxarılan meyvə və giləmeyvələr tam yetişməmiş olur: “Hər meyvənin öz yetişmə mövsümü var. Ondan əvvəl satışa çıxarılan məhsulların keyfiyyətindən danışmaq olmaz. Süni şəkildə yetişdirilən nə varsa, orqanizm üçün ziyanlıdır, ən yaxşı halda isə heç bir faydası yoxdur”.

 

Həkim bu cür meyvələrin uşaq orqanizmində yarada biləcəyi fəsadlara da toxunub: "Bəzi valideynlər “mən verdim, amma heç nə olmadı” fikrini irəli sürürlər. Lakin bu, hər uşaq üçün eyni nəticəni vermir. Meyvələr bəzi uşaqlarda allergiya və ya mədə-bağırsaq problemlərinə səbəb ola bilər. Bu səbəbdən xüsusilə həssaslığı olan uşaqlara belə məhsulların verilməsi tövsiyə olunmur”.

 

O qeyd edib ki, mövsümündə yetişən meyvələr vitaminlər, mikroelementlər və orqanizm üçün faydalı digər qida maddələri ilə daha zəngin olur.

 

Aygün İbrahimli

Tarix: 24 Aprel 2026, 13:19   
Seçilən
71
pravda.az

1Mənbələr