ain.az bildirir, 525.az portalına istinadən.
“Tıxac problemi yalnız yeni yollarla həll olunmur. Əsl çıxış yolu – ictimai nəqliyyatın, metro, tramvay, elektrik qatarı, avtobus gücləndirilməsi, piyada və velosiped infrastrukturunun inkişafı, yəni alternativlərin yaradılmasıdır”.
Bunu nəqilliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev 525.az-a bildirib. Ekspert vurğulayıb ki, paralel olaraq küçələr hər kəs üçün əlçatan və təhlükəsiz olmalıdır: uşaqlar, yaşlılar və məhdud hərəkətli şəxslər üçün universal dizayn əsas prinsipə çevrilməlidir:
“Mobilliyin təmin olunması üçün ictimai nəqliyyatın çeşidli növlərinin inkişafı, üstünlüyü mütləqdir. Vahid biletin və daşıyıcılarnan bağlanmış müqavilələrin uzunmüddətli olması və brutto xərc müqaviləsinə keçilməsi mütləqdir. Bunlar hamısı yekunda ictimai nəqliyyatla hərəkət edənlərin sayına ciddi təsir edəcək və insanların daha rahat hərəkət etməsiylə nəticələnəcək”.
Sevinc Qarayeva
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.