AZ

Füzulidə 1 nömrəli körpələr evi–uşaq bağçasının açılışı olub (FOTO)

Füzuli. Trend:

İşğaldan azad edilərək yenidən qurulan Füzuli şəhərində 1nömrəli körpələr evi–uşaq bağçasının açılışı olub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himnininsəsləndirilməsi ilə başlayıb. Açılış mərasimində iqtisadiyyatnaziri Mikayıl Cabbarov, elm və təhsil naziri Emin Əmrullayev,Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan RespublikasıPrezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, “LUKOIL” neftşirkətinin qurucusu Vahid Ələkbərov, “LUKOIL Azərbaycan” QSC-ninbaş direktoru Rasim Əmrəliyev, həmçinin Füzuli şəhər sakinləri vəkörpələr iştirak ediblər.

Trend-inQarabağ bürosunun məlumatına görə, körpələr evi–uşaq bağçası 2,4hektar ərazidə inşa olunub və 2 mərtəbəli olmaqla 240yerlikdir.

Binada qrup, inzibati və yataq otaqları, rəqs, idman və musiqizalları, hovuz, soyunub-geyinmə otaqları, mətbəx, müasiravadanlıqlarla təchiz olunmuş metodika və kompüter otaqları, həkimvə dezinfeksiya otaqları, izolyator palata, camaşırxana,tərəvəzlərin ilkin emalı və tərəvəz sexləri, ət-balıq sexi, quruərzaq anbarı, işçi heyəti üçün yeməkxana, elektrik və serverotaqları yaradılıb.

Bundan əlavə, bağçanın həyətində uşaqlar üçün oyun meydançalarıvə digər zəruri infrastruktur qurulub. Müəssisədə uşaqların ilkinbiliklərə yiyələnməsi, rahatlığı və əylənməsi üçün bütün şəraittəmin edilib.

Füzulidə
Füzulidə
Füzulidə
Füzulidə
Füzulidə
Füzulidə
Füzulidə
Füzulidə
Məqalədə:
Seçilən
110
13
az.trend.az

10Mənbələr