AZ

Qarabağdan ayrılmaq istəyən futbolçu şantaja məruz qalır İddia

ain.az, Gununsesi portalına istinadən məlumat yayır.

Qarabağın futbolçusu Elvin Cəfərquliyevin mövsümün sonunda (1 plus müqaviləsi var, amma qarşılıqlı uzatmalıdırlar) müqaviləsi bitir. Neftçi futbol klubu ilə 670.000 manat qarşılığında razılıq əldə olunub.

Gununsesi.info xəbər verir ki, futbolçu ilə bağlı bir sıra iddialar səsləndirilir.

Belə ki, iddialara görə, Qurban Qurbanov və ətrafı futbolçuya təzyiq göstərir:

“Səni biz yetişdirmişik, necə yəni pulsuz gedirsən?” deyərək müqaviləni uzatmasını istəyirlər ki, sonradan onu sata bilsinlər”, – deyə bildirilir.

Eyni zamanda Elvin Cəfərquliyevə qarşı şantaj olduğu da vurğulanır:

“Elvinə qarşı şantaj cəhdləri də olub, siqaret çəkdiyi şəkillərin yayılması ilə hədələyiblər, həmçinin qızlarla əylənməsi ilə bağlı məsələləri qabardaraq onu qərarından döndərməyə çalışıblar. Bütün bunlar nəticə verməyəndə isə futbolçunu artıq əvəzedici heyətə göndəriblər. Əksini deyən varsa, gedib Elvinin özündən soruşa bilər”, – deyə qeyd edilib.

Orxan

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
67
icma.az

1Mənbələr