AZ

İsraildən İrana hədə: Növbəti hücumlar daha ölümcül və dağıdıcı olacaq

 "İsrail ABŞ-dan Xamenei sülaləsini tamamilə aradan qaldırmaq və İranın enerji və elektrik infrastrukturunu hədəf alaraq onu "qaranlıq dövrlərə" qaytarmaq üçün yaşıl işıq gözləyir".

Ölkə.az xəbər verir ki, belə bir bəyanatla İsrailin müdafiə naziri İsrael Katz  çıxış edib. 

İsrailin müdafiə naziri Katz bölgədəki və tərəflər arasındakı vəziyyəti qiymətləndirərkən bildirib ki, İsrail İrana qarşı mübarizəni bərpa etməyə hazırdır. “İsrail Müdafiə Qüvvələri həm müdafiə, həm də hücum baxımından hazırlıqlıdır və hədəflər dəqiq müəyyən edilib”, - o qeyd edib.
İrana qarşı potensial yeni hücumların daha  dəhşətrli olacağını iddia edən israilli nazir deyib: “Bu hücum fərqli və ölümcül olacaq. Ən ağrılı nöqtələrə dağıdıcı zərbələr endirəcək, İranın təməllərini sarsıdacaq və dağılmasına səbəb olacaq”.

Mürtəza

Seçilən
42
1
olke.az

2Mənbələr