Axsham.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Türkiyəli iş adamı Serdar Turanın aktrisa Tuba Ünsalla çəkilən fotoları onun evliliyini bitirib.
Axşam.az xəbər verir ki, iş adamının xanımı Çılqa Turan xəyanət iddiası ilə məhkəməyə boşanmaq üçün müraciət edib. Tərəflər razılığa gəlib və heç bir tərəf digərinə maddi və ya mənəvi tələb irəli sürməyib. Serdar Turan və Çılqa Turanın dörd illik evliliyi cəmi 10 dəqiqə davam edən dinləmədən sonra məhkəmə tərəfindən ləğv edilib.
Qeyd edək ki, cütlük 2019-cu ildə ailə qurub. Serdarla xanımı arasındakı münasibətlər aktrisanın iş adamı ilə istirahətdən səmimi paylaşımlardan sonra pozulub.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.