AZ

Samir Oruca yüksək vəzifə verildi

Məlhəm Beynəlxalq Hospitalda təyinat olub.

E-saglam.az xəbər verir ki, Samir Oruc xəstəxananın Biznesin inkişafı və marketinq rəhbəri vəzifəsinə təyin edilib.

S.Oruc bundan əvvəl 2022-ci ilin avqust ayından “Liv Bona Dea Hospital”da İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri vəzifəsində çalışıb. Qeyd edək ki, həmin tibb müəssisəsində 2024-cü ilin oktyabr ayından işləyib. 

O, 2019-2022-ci illərdə AZTV-də, 2017-2018-ci illərdə ARB TV-də fəaliyyət göstərib.

2017-2019-cu illərdə Bakı Dövlət Universitetində jurnalistika ixtisası üzrə ali təhsil alıb. Bundan əvvəl isə 2016-cı ildə BDU-TARİX ixtisası üzrə məzun olub.

E-saglam.az 

Seçilən
20
e-saglam.az

1Mənbələr