AZ

Çernobıl qəzasının ləğvinə 650 min nəfər cəlb olunub - Mirhəsən Həsənov

Bakı.Trend:

1986-cı il 26 apreli xatırlamamaq mümkün deyil. Həmin vaxt650000 nəfər Çernobıl qəzasının ləğvi işlərinə cəlb edilib.Çernobıl qəzasında iştirak etmiş təxminən 4000 nəfər azərbaycanlıdünyasını dəyişib.

Trend xəbərverir ki, bu fikirləri Azərbaycan Milli QHT Forumunun “ÇernobılƏlilləri İttifaqı” İctimai Birliyinin birgə təşkil etdiyi Çernobılfaciəsinin 40-cı ildönümünə həsr olunmuş ictimai müzakirədəbirliyin sədri Mirhəsən Həsənov deyib.

O qeyd edib ki, onlar son anacan mübarizə aparıblar. Qəzanınləğvi üçün ilk göndərilənlər yanğınsöndürənlər olub. Daha sonrahərbçilər göndərildi. Radioaktiv şüalanma sonradan insanlarınsəhhətində öz ciddi təsirini göstərdi.

Birlik sədri qeyd edib ki, 4 il Çernobıl faciəsi məxfisaxlanılıb.

“Xeyli çernobılçı övladı xəstəliklərlə doğuldu. 1990-cı ildə həmdigər ölkələrdən, həm Azərbaycandan olan çernobılçılar küçələrəaxışıb öz haqlarını tələb etdilər. Həmin il Azərbaycanda“Azərbaycan Çernobılçılar İttifaqı” İctimai Birliyi təsis edildi.Birliyin hazırda 4000-dən çox üzvü var. Bu gün çernobılçılar həmPrezident təqaüdü, həm pensiya təqaüdü alırlar. 2021-ci ildən bugünədək 450 çernobılçı mənzillə təmin olunub. Bu, AzərbaycanPrezidentinin çernobılçılara göstərdiyi qayğıdır”.

M. Həsənov vurğulayıb ki, heç bir çernobılçunun qəzanın ləğviüçün gedib-getməmək üçün seçim imkanı olmayıb:

“O vaxt radiologiya elmi haqqında hər hansı bilgiyə sahibolmayan insanlar idik və çernobıl qəzasına qatılmaq qərarı dabizdən asılı deyildi”.

O xüsusilə qeyd edib ki, 44 günlük Vətən müharibəsində vəfatedən şəhidlərimizdən çernobıl övladları da olub. Məsələn, onlardanbiri qəhrəman tibb işçisi Arəstə Baxışovadır.

Məqalədə:
Seçilən
55
az.trend.az

1Mənbələr