AZ

Tramp: Hörmüzü bağlı saxlayan mənəm, istəmirən İran gündə 500 mln qazansın

"Mən İranla yaxşı bir razılaşma əldə etmək istəyirəm və indi razılaşma əldə edə bilərəm. Bərpa olunması 20 il çəkəcək, amma mən bunu etmək istəmirəm".

Hakimiyyet.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib. 

Onun sözlərinə görə, amma bununla bağlı hər hansı konkret qrafik və ya vaxt müəyyən etmək istəmirəm. “Amma hər şey olduqca tez baş verəcək və Hörmüz boğazını açacağıq.

İranlılar bizə gəlib boğazı açmağa razılaşacağımızı dedilər və mənim adamlarım çox sevindilər. Məndən başqa hamı senirdi. Dedim ki,  səbrli olun bir dəqiqə gözləyin, boğazı açsaq, bu o deməkdir ki, onlar gündə 500 milyon dollar qazanacaqlar. Bu məsələ həll olunana qədər onların gündə 500 milyon dollar qazanmasını istəmirəm. Beləlikə, Hörmüz boğazını bağlı saxlayan mənəm", - Tramp deyib. 

Tramp onu da qeyd edib ki, artıq İrandakı hədəflərinin təxminən 75 faizi vurulub və ona görə də   hərbi əməliyyatlara kişik fasilə vermişəm. 

Mürtəza

Seçilən
26
3
hakimiyyet.az

4Mənbələr