Bakı.Trend:
Həftəsonu paytaxtın daha 3 ünvanında rahat gediş-gəliş üçüntəmir aparılacaq
Bu barədə Trend-ə Azərbaycan Avtomobillər Yolları DövlətAgentliyindən (AAYDA) məlumat verilib.
Bildirilib ki, vətəndaşların rahat və təhlükəsiz hərəkətinintəmin olunması məqsədilə həftəsonu paytaxtın aşağıdakı 3 ünvanındatəmir işləri aparılacaq:
1. Səməd Vurğun küçəsi (Salatın Əsgərova – Füzuli küçələriarası)
2. Rəşid Behbudov küçəsi (28 May – Şəmsi Bədəlbəyli küçələriarası)
3. Heydər Əliyev prospektinin əsas və yan yolu (Müzəffər Nərimanov– Ələsgər Qayıbov küçələri arası, şəhər istiqamətində)
Qeyd edilir ki, təmir işlərinə 24 aprel 2026-cı il saat 23:00-dabaşlanılacaq və 26 aprel 2026-cı il saat 07:00-dəkyekunlaşdırılması planlaşdırılır. Rəşid Behbudov küçəsində hazırlıqişlərinə daha erkən başlanılacaq.
“Asfalt-beton örtüyünün yenilənməsi çərçivəsində qeyd olunanünvanlarda işlərin mərhələlərinə uyğun olaraq nəqliyyatvasitələrinin hərəkəti qismən və tam məhdudlaşdırılacaq.
Sürücülərdən xahiş olunur ki, qeyd olunan müddətdə həminərazilərdə sıxlığın yaranmaması üçün əvvəlcədən hərəkətistiqamətlərinə uyğun alternativ yollardan istifadə etsinlər”,-məlumatda bildirilib.