AZ

ABŞ-nin "Qızıl Kart" viza proqramında ilk təsdiq: Yalnız 1 müraciət qəbul olunub

ABŞ Prezidenti Donald Tramp tərəfindən irəli sürülən 1 milyon dollarlıq investisiya müqabilində daimi yaşayış icazəsi verən "Qızıl Kart" viza proqramı çərçivəsində yalnız indiyədək yalnız bir xarici vətəndaşın müraciəti təsdiqlənib.

Missiya.Az "İnterfaks"a istinadən xəbər verir ki, o bu barədə ABŞ Ticarət Katibi Hovard Lutnik Konqres dinləmələrində bildirib.

Latnikin sözlərinə görə, "yüzlərlə" əcnəbinin müraciətləri nəzərdən keçirilir. Müraciət edənlər Daxili Təhlükəsizlik Departamenti tərəfindən "son dərəcə hərtərəfli yoxlamadan" keçir və 15.000 dollar emal haqqı ödəyirlər.

Qeyd edək ki, müraciət müddəti 2025-ci ilin dekabr ayında başlayıb. Tramp daha əvvəl bildirmişdi ki, varlı əcnəbilərə "qızıl kartlar"ın satışından toplanan vəsait milli borcun azaldılmasına sərf olunacaq.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
55
missiya.az

1Mənbələr