AZ

Premyer Liqa klubu baş məşqçi ilə anlaşa bilmir – Yollar ayrılacaq?

“İmişli” baş məşqçi Jorje Kaşkilya ilə yolları ayıra bilər.

İdmanxeber.az-a verilən məlumata görə, portuqaliyalı mütəxəssisin növbəti mövsüm bölgə təmsilçisində çalışacağı real görünmür. Buna səbəb məşqçi ilə rəhbərliyin arasında fikir ayrılığı olmasıdır.

Kaşkilya özü də belə şəraitsiz komandada qalmaq istəmir. Rəhbərliyin kluba olan yanaşmasından narazıdır.

Təcrübəli mütəxəssis yayda komandadan ayrılacağı gözlənilir.

Xatırladaq ki, Kaşkilya rəhbərliyindəki “İmişli” 29 xalla 9-cu pillədə qərarlaşıb.

Seçilən
58
idmanxeber.az

1Mənbələr