AZ

Zelenski ərəb ölkələri ilə imzalanan dron razılaşmalarndan danışdı Detalları açıqladı

Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.

Ukrayna Yaxın Şərq ölkələri ilə müdafiə sahəsində yeni əməkdaşlıq mərhələsinə keçib. 

“AzPolitika” xəbər verir ki, bu barədə ölkə prezidenti Volodimir Zelenski məlumat verib.

Ukrayna lideri bildirib ki, rəsmi Kiyev Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirlikləri ilə təhlükəsizlik sahəsində üç böyük sənəd imzalayıb. Onun sözlərinə görə, bu razılaşmalar çərçivəsində dronların birgə istehsalı və pilotsuz uçuş aparatlarına qarşı daha effektiv müdafiə sistemlərinin yaradılması nəzərdə tutulur.

Zelenski qeyd edib ki, sözügedən “Drone Deal” layihələri həm dövlət, həm də özəl sektor vasitəsilə bir neçə müqavilə əsasında həyata keçiriləcək. O vurğulayıb ki, bu əməkdaşlıq Ukraynanın əldə etdiyi real döyüş təcrübəsinə əsaslanır.

Zelenski eyni zamanda bu imkanların ABŞ-la da paylaşılmasının vacibliyini vurğulayıb. O qeyd edib ki, Vaşinqtonun Ukraynaya verdiyi dəstəyə görə minnətdardır və bu əməkdaşlığın genişlənməsini arzulayır.

Bu arada, “Reuters” agentliyi yazıb ki, ABŞ hərbçiləri son həftələrdə Ukraynanın pilotsuz aparatlara qarşı mübarizə texnologiyalarını Səudiyyə Ərəbistanındakı “Prince Sultan” aviabazasında tətbiq etməyə başlayıb. Məlumata görə, Ukrayna mütəxəssisləri ABŞ qüvvələrinə “Sky Map” sistemi ilə işləməyi öyrətmək üçün bölgəyə göndərilib.

Zelenski daha əvvəl – mart ayında Yaxın Şərq ölkələrinə səfərindən sonra bu monarxiyalarla mühüm razılaşmalar əldə edildiyini açıqlamışdı. O bildirmişdi ki, ABŞ daxil olmaqla tərəfdaşların xahişi ilə Ukrayna regiona İran istehsalı dronlara qarşı mübarizə aparmaq üçün ekspert qrupları göndərib.

Son açıqlamasında Zelenski qeyd edib ki, hazırda Yaxın Şərqdə 200-dən çox ukraynalı mütəxəssis fəaliyyət göstərir və onlar Qətər, BƏƏ, Səudiyyə Ərəbistanı, Küveyt və İordaniya kimi ölkələrdə çalışırlar.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
38
azpolitika.info

1Mənbələr