AZ

İlahiyyat İnstitutunun tələbəsi olimpiadada ikinci yerin qalibi olub

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 24 aprel, AZƏRTAC

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) Qazaxıstanın Almatı şəhərində fəaliyyət göstərən “Nur-Mübarək” Misir İslam Mədəniyyəti Universitetində təhsil alan tələbəsi Elgün Rəhimli “Ərəb dili” fənn olimpiadasında ikinci yerə layiq görülüb.

Bu barədə AZƏRTAC-a Aİİ-dən məlumat verilib. “Nur-Mübarək” Misir İslam Mədəniyyəti Universitetində keçirilən “Ərəb dili” fənn olimpiadasında xüsusi seçilmiş 50-dən çox ən yaxşı tələbə iştirak edib. İki mərhələdə keçirilən müsabiqənin birinci turunda tələbələr dinləmə və oxuma üzrə yarışıblar. İkinci mərhələdə isə onların tələffüz və yazı istiqamətlərində bilikləri yoxlanılıb.

Qeyd edək ki, Aİİ İslamşünaslıq ixtisasının III kurs tələbələri – Elgün Rəhimov və Osman Mazanov “Nur-Mübarək” Misir İslam Mədəniyyəti Universitetində 2025/2026-cı tədris ilinin yaz semestri ərzində ərəb dilində təhsil alırlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
1
azertag.az

2Mənbələr