AZ

Maduronun tutulmağına pul qoyan əsgər həbs edildi

ain.az, Axar.az saytına istinadən bildirir.

ABŞ xüsusi təyinatlı qüvvələrinin hərbçisi həbs edilib.

Axar.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumata görə, əsgər Nikolas Maduronu ələ keçirmək üçün gizli missiyadan əldə edilən məlumatlardan istifadə edərək proqnoz bazarına mərc etməkdə və 400.000 dollardan çox qazanc əldə etməkdə ittiham olunur.

Onun əməliyyatdan bir az əvvəl Maduronun hakimiyyətdən uzaqlaşdırılmasına təxminən 32-33 min dollar mərc etdiyi bildirilir.

Qeyd edək ki, 3 yanvar tarixində ABŞ Venesuelada genişmiqyaslı hərbi əməliyyat keçirərək ölkə Prezidenti Nikolas Maduro və onun həyat yoldaşı Floresi həbs edib və ölkədən aparıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
37
50
axar.az

10Mənbələr