AZ

“Sumqayıt” rəsmisi: “Belarus klubuna ilkin cavab müsbət olub, ancaq…”

futbolpress-az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Belarusun “Dinamo” klubu avrokuboklarda ev oyunlarını Azərbaycanda keçirmək istəyir. Klub bununla bağlı “Sumqayıt”a rəsmi müraciət edib.

“Kimyaçılar”ın mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev “FutbolPress“ə açıqlamasında Belarus təmsilçisi ilə danışıqların davam etdiyini söylədi:

“Dinamo” kluba avrokuboklarda qrup oyunlarını Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirməklə bağlı rəsmi müraciət edib. İlkin olaraq, cavabımız müsbətdir. Amma hələ UEFA, “Dinamo” və “Sumqayıt” arasında danışıqlar davam edir. Proses hələ yekunlaşmayıb”.

“Dinamo” Avropa Liqasının pley-off mərhələsində “Anderlext”lə (Belçika) qarşılaşacaq. Belarus təmsilçisi duellərdə məğlub olsa, yoluna Konfrans Liqasında qrup mərhələsində davam edəcək.

Şahin Cəfərov 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
55
futbolpress.az

1Mənbələr