Türkiyənin “Kanal D” serialının yüksək reytinqli serialı “Eşref Rüya”nın heyətinə daha bir məşhur qatılıb.
Hit.az xəbər verir ki, sevilən sənətçi Ali Sürmeli də ekran işində çəkiləcək.
O, layihədə “Celo ağa” obrazına həyat verəcək. Ustad aktyor mövsüm sonuna qədər serialda qonaq olacaq.
Bəs Ali Sürmeli hansı seriallarda çəkilib?
67 yaşlı sənətkar karyerası ərzində “Deli Yürek”, “Aşka Sürgün”, “Kurtlar Vadisi Pusu”, “Kurt Kanunu”, “Beyaz Karanfil”, “Çukur”, “Eşkıya Dünyaya Hükümdar Olmaz” və “Kuruluş Orhan” kimi unudulmaz seriallarda çəkilib. Onun ən sevilən rolu isə əfsanəvi “Kurtlar Vadisi Pusu” serialındakı “Zaza dayı” obrazı olub.
Aslan