Tayvan ABŞ ilə ümumi məbləği 6.6 milyard dollardan çox olan altı iri silah alışı müqaviləsi imzalayıb.
Hafta.az "Focus Taiwan" nəşrinə istinadən xəbər verir ki, bu barədə adanın Müdafiə Nazirliyi xəbər yayıb.
Saziş paketinə aşağıdakı müqavilələr daxildir: təxminən 3.9 milyard dollar dəyərində "HIMARS" yaylım atəşli reaktiv sistemlərinin, 2.34 milyard dollar dəyərində "M109A7 Paladin" özüyeriyən haubitsalarının satınalınması, həmçinin raket arsenalının doldurulması üçün 170 milyon dollar.
Qalan müqavilələrə Hərbi Dəniz Qüvvələri üçün 163 milyon dollarlıq tank əleyhinə raketlər, ABŞ ilə birgə irikalibrli sursatların istehsalı üçün təxminən 29 milyon dollar və hava hücumundan müdafiə sisteminin qurulması üzrə məsləhət xidmətləri üçün təxminən 0.7 milyon dollar daxildir.