ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.
Alimlər əhval-ruhiyyəni və beyin funksiyalarını yaxşılaşdıran qidaları müəyyən ediblər.Demokrat.az xəbər verir ki, Perm Milli Tədqiqat Politexnik Universitetinin mütəxəssisləri bildirir ki, yulaf sıyığı və soğan bağırsaq mikroflorasının pozulması nəticəsində yaranan yaddaş zəifləməsi riskini azalda bilər.Universitetin Həyat Təhlükəsizliyi kafedrasının professoru, tibb elmləri doktoru Nina Vişnevskayanın sözlərinə görə, soğan, qatıq, qulançar, kəpək və kombuça kimi qidalar depressiya, panik atak və yaddaş problemlərinə qarşı qoruyucu təsir göstərə bilər. Bu problemlər çox vaxt bağırsaq bakteriyalarının balansının pozulması ilə əlaqəli olur.Həkim qeyd edir ki, bağırsaqla beyin arasında bir neçə əlaqə mexanizmi mövcuddur. Əsas kanallardan biri mərkəzi sinir sistemi ilə həzm sistemi arasında siqnalların ötürülməsini təmin edən vagus siniridir. Bundan əlavə, serotonin və dopamin kimi hormon və neyrotransmitterlər də bu əlaqədə mühüm rol oynayır.Onun sözlərinə görə, həzm sistemi pozulduqda faydalı bakteriyalar azalır, zərərli bakteriyalar isə çoxalır. Bu bakteriyalar toksinlər ifraz edərək vagus sinirinin uclarını qıcıqlandırır. Nəticədə beyinə “siqnal xaosu” ötürülür və stress mərkəzləri aktivləşir. Bu da narahatlıq, depressiya və yorğunluq hisslərini gücləndirir.Belə hallarda beynin immun hüceyrələri davamlı “aqressiv” vəziyyətdə qalır və mərkəzi sinir sisteminin fəaliyyətini pozur. Bu isə yaddaş zəifləməsi, diqqət itkisi, öyrənmə və qərarvermə qabiliyyətinin azalmasına səbəb ola bilər. Eyni zamanda depressiya və panik atak riski artır.Psixi sağlamlığı qorumaq üçün mütəxəssis rasiona probiotiklərin daxil edilməsini tövsiyə edir. Probiotiklər kefir, qatıq, turş kələm, kimçi, tempeh və kombuça kimi fermentləşdirilmiş qidalarda mövcuddur.
Bununla yanaşı, prebiotiklər, yəni faydalı bakteriyalar üçün “qida” rolunu oynayan həzm olunmayan liflər də vacibdir. Bu maddələr soğan, sarımsaq, qulançar, yulaf kəpəyi və topinamburda olur.Mütəxəssis vurğulayır ki, probiotik və prebiotiklərin birlikdə qəbulu bağırsaq mikroflorasını balansda saxlayır və bu da həm həzmə, həm immun sisteminə, həm də əhval-ruhiyyə və beyin fəaliyyətinə müsbət təsir göstərir.İsmayıl
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.