AZ

Çin Aya uçuşlar üçün yeni nəsil kosmik gəmi hazırlayır

Bakı. Trend:

Çin Aya uçuşlar üçün yeni nəsil pilotlu kosmik gəmi yaratmaqlayihəsini həyata keçirir.

Trend-in məlumatına görə, bu barədə Çin Aerokosmik Elm vəTexnologiya Korporasiyasının Beşinci Tədqiqat İnstitutunun əməkdaşıŞao Limin deyib.

"Ümid edirəm ki, kosmosa yeni nəsil pilotlu kosmik gəminingöndərilməsini və taykonavtların Yerdən kosmosa uçması üçün yeniplatforma yaratmasını görə biləcəyik", - deyə o bildirib.

Şao Limin qeyd edib ki, son iki ildə Pekin pilotlu Ay tədqiqatıproqramını fəal şəkildə irəli sürür. "Və yaxın gələcəkdə hər kəsçinlilərin ay səthində izlərini qoyduğunu görəcək", - deyə ovurğulayıb.

Seçilən
93
az.trend.az

1Mənbələr