AZ

ABŞ-nin “George H.W. Bush” aviadaşıyıcısı Hind okeanına daxil olub

BAKI, 24 aprel. TELEQRAF

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS George H.W. Bush” aviadaşıyıcısı Hind okeanı akvatoriyasına daxil olub.

Teleqraf xəbər verir ki, bu barədə CENTCOM məlumat yayıb.

Qeyd olunur ki, sözügedən ərazi Mərkəzi Komandanlığın məsuliyyət zonasına daxildir.

Bundan əvvəl isə Yaxın Şərqdə İranla bağlı vəziyyət fonunda bölgədə yerləşdirilən “USS Tripoli” desant gəmisi və “USS Abraham Lincoln” aviadaşıyıcısının heyətlərinin ərzaq çatışmazlığı və qida keyfiyyəti ilə bağlı problemlərlə üzləşdiyi barədə məlumat yayılmışdı.

Seçilən
68
teleqraf.com

1Mənbələr