Stavropol diyarının rəhbəri Qurban bayramının qeyri-iş günü elan edilməsini təklif edib.
İnterpress.az xəbər verir ki, bu barədə Stavropol diyarının rəhbərliyi məlumat yayıb.
Stavropol diyarının rəhbəri Qurban bayramının bölgədə rəsmi qeyri-iş günü hesab olunması ilə bağlı təşəbbüslə çıxış edib.
Bununla bağlı məsələ “Qosusluqi” portalı vasitəsilə ictimai səsverməyə çıxarılıb.
Qeyd edək ki, bu il Qurban bayramı mayın 27-nə təsadüf edir. Vətəndaşlar təkliflə bağlı öz mövqelərini bildirmək üçün mayın 10-dək səsvermədə iştirak edə bilərlər.

Xuraman Etibarlı
İnterpress.az