AZ

Murad Arifdən haqqında yayılan xəbərlərlə bağlı AÇIQLAMA

"Mətbuatda bu gün haqqımda yayılan xəbərlə bağlı heç bir açıq istinad linki yoxdur və ola da bilməz".

"Unikal" xəbər verir ki, bunu aparıcı-müğənni Murad Arif rəsmi feysbuk səhifəsində bildirib. 

"Mənim şəxsən istifadə etdiyim yeganə "Facebook" səhifəsi budur və burada paylaşımları öz adımdan, şəxsən özüm edirəm. "Instagram", "TikTok" və "Facebook" səhifələrim də öz adımla fəaliyyət göstərən, təsdiqlənmiş rəsmi hesablarımdır. Burada yazıb paylaşdıqlarımdan başqa, adımla bağlı yayılan istənilən xəbəri yanlış, şayiə və iftira hesab edin", - deyə o qeyd edib.

Xatırladaq ki, mediada Murad Arifə aid olduğu iddia edilən "Ərəb dilində molla sədaları nə üçündür? Nə qatır məclis əhlinə? İnsan anlamadığı, başa düşmədiyi avazdan nəyisə idrak edərmi? Bunu niyə yığışdırmırıq adətimizdən? Allah birdir, bəli. Allah böyükdür, bəli. Allahın rəhməti olsun bizlərlə, bəli. Amma bu oxumaqların məsələyə nə dəxli?" sözlərinin yer aldığı xəbərlər yayılmışdı. 

Seçilən
12
2
unikal.az

3Mənbələr