“İnter”in hücumçusu Lautaro Martines zədədən sonra qayıdışa yaxındır.
İdmanxeber.az-ın məlumatına görə, argentinalı forvard məşqlərə başlamağa hazırdır və mayın 3-də “Parma”ya qarşı A Seriyası oyununda meydana çıxa bilər.
Lakin futbolçu qarşıdakı vacib matçları nəzərə alaraq risk etmək istəmir. Martines bu mövsüm 36 oyunda 20 qol və 4 assistlə çıxış edib.