AZ

Avropa birjalarında eniş müşahidə olunur

Yaxın Şərqdə davam edən proseslər səbəbindən Avropa birjalarında gərginlik qalır. Yalnız Fransa birjası bu prosesdə artım nümayiş etdirir.

Anadolu Agentliyi xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın İranla atəşkəsi uzatmasına baxmayaraq, bölgədəki gərginlik investorları ehtiyatlı davranmağa məcbur edir. Bazar iştirakçıları hazırda xidmət və istehsal sahələrindəki iqtisadi göstəriciləri gözləyirlər.

İqtisadi xəbərlər arasında müsbət məqam İngiltərədən gəlib. Ölkənin büdcə kəsiri son altı ilin ən aşağı səviyyəsinə düşüb. Bu, dövlətin borclanma yükünün azaldığını göstərir. 

Avtomobil nəhəngi “Volkswagen” Çin bazarı ilə bağlı planlarını dəyişib. Şirkət 2030-cu ilə qədər Çində 4 milyon avtomobil satmağı hədəfləsə də, indi bu rəqəmi 3,2 milyona endirib.

Ekspertlər bildirirlər ki, günün qalan hissəsində həm Yaxın Şərqdəki hadisələr, həm də dünya üzrə açıqlanacaq yeni iqtisadi hesabatlar bazarlara təsir göstərməyə davam edəcək.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Seçilən
94
azerbaijan-news.az

1Mənbələr