“Honor”un dizayn baxımından “Apple iPhone 17 Pro” seriyasını xatırladan “Honor 600” və “Honor 600 Pro” smatrfonlarını təqdim edib. Xüsusilə 600 Pro modeli arxa hissədəki üçlü kamera quruluşu və flaş yerləşimi ilə “iPhone” dizaynına çox bənzəyir. Standart 600 modeli isə daha sadə kamera dizaynına malikdir və Pro versiyadakı 3.5x telefoto lensdən məhrumdur.
“Honor 600” 649.90 avroya, “Honor 600 Pro” isə 999.90 avroya artıq Avropa bazarında satışa çıxıb.
Ülkər XASPOLADOVA,
“Azərbaycan”