Gəncədə evdə zəhərlənmə hadisəsi baş verib, ölən və xəsarət alanlar var.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində yerləşən yaşayış binalarından birində qeydə alınıb. Belə ki, 1958-ci il təvəllüdlü A. İsmayılovun meyiti yaşadığı evdə aşkarlanıb.
Bundan başqa, 1985-ci il təvəllüdlü S. Əliyev və daha iki nəfər zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov