AZ

Qarşı tərəf razılaşmaya nail olmaq istəyir Tramp

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Trump İrana qarşı tətbiq edilən təzyiqlərin nəticə verdiyini açıqlayıb.Demokrat.az bildirir ki, o, bu fikirləri BBC telekanalına telefonla verdiyi müsahibədə səsləndirib.Trampa onun daha əvvəl səsləndirdiyi və mümkün nüvə təhdidi kimi qiymətləndirilən “bu gecə bütöv bir sivilizasiya məhv ola bilər” bəyanatı ilə bağlı sual ünvanlanıb. O isə cavabında bildirib ki, qarşı tərəf razılaşma əldə etməkdə maraqlıdır:“Qarşı tərəf razılaşmaya nail olmaq istəyir. Mənim dediklərim və atdığım addımlar isə, görünür, effektiv nəticə verir”, – deyə o qeyd edib.Xatırladaq ki, Tramp daha əvvəl İran üçün “həlledici gecə”nin mümkün nəticələrindən danışmışdı.Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayaraq bir sıra şəhərlərə zərbələr endirib. Bu proses Yaxın Şərqdə gərginliyin artmasına səbəb olub, Fars körfəzi ölkələri münaqişəyə cəlb olunub və nəticədə Hörmüz boğazı blokadaya düşüb.2026-cı il aprelin 8-də İran, ABŞ və onların müttəfiqləri atəşkəs barədə razılığa gəliblər, daha sonra isə Donald Trump bu razılaşmanın müddətini qeyri-müəyyən vaxta qədər uzadıb.Tərəflər münaqişənin həlli üçün Pakistan ərazisində danışıqlar aparmağa cəhd etsələr də, aprelin 11-12-də keçirilən ilk raund nəticəsiz başa çatıb.ABŞ təzyiq vasitəsi kimi İran limanlarının və Hörmüz boğazından keçidin blokadaya alındığını açıqlayıb. Buna cavab olaraq İran da Fars körfəzi istiqamətində hərəkət edən gəmilər üçün boğazın bağlandığını bildirib. Regionda sürətlə dəyişən vəziyyət isə qlobal enerji bazarına ciddi təsir göstərməkdədir.Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
50
demokrat.az

1Mənbələr