AZ

İran millisi dünya çempionatında iştirak edəcək

İran hökumətinin sözçüsü Fatimə Möhecerani dövlət televiziyasında milli komandanın 2026-cı il dünya çempionatında yarışmağa hazırlaşdığını açıqlayıb.

Bizim.Media xəbər verir ki, turnir bu yay ABŞ, Meksika və Kanadada keçiriləcək.
 

Gənclər və İdman Nazirliyi nazirin əmrinə əsasən, milli komandasının 2026-cı il Dünya Kubokunda ABŞ-da iştirak etməyə tam hazır olduğunu açıqlayıb.


Qeyd edək ki, İran Belçika, Misir və Yeni Zelandiya ilə birlikdə G qrupunda yer alıb. Öncədən, İran millisinin dünya çempionatında iştirakının sual altında olduğu iddia edilirdi.

Bizim.Media

Seçilən
3
2
bizim.media

3Mənbələr