AZ

Gürcüstanda yanacaq qiymətləri 46 faizdən çox artıb – "SOCAR Georgia"

Bakı. Trend:

Demək olar ki, yanacaq idxalından tam asılı olan Gürcüstan,dünya bazarlarında neft və neft məhsullarının bahalaşması fonundadaxili qiymətlərin 46 faizdən dən çox artması ilə üzləşib.

Trend xəbərverir ki, bunu "SOCAR Georgia Petroleum"un kommersiya şöbəsininrəhbəri Mirza Şavqulidze Bakıda keçirilən Xəzər və Mərkəzi Asiyaregionlarında İkinci Neft Logistikası və Ticarət Forumunda çıxışızamanı bildirib.

Onun sözlərinə görə, bazarın inkişafı ilə birlikdə həll tələbedən sistemli məhdudiyyətlər aydın şəkildə üzə çıxıb.

“Bunlara dəmir yolu vaqonlarının çatışmazlığı, neftməhsullarının saxlanması üçün məhdud imkanlar, eləcə də tranzitaxınlarının təsiri (nisbətən az olsa da) daxildir”, – deyə o qeydedib.

Şavqulidze vurğulayıb ki, Gürcüstanın Xəzər və Qara dənizarasında yerləşməsi böyük tranzit potensialı yaradır.

“Gürcüstanın Xəzər və Qara dənizlər arasında strateji mövqeyineft və neft məhsullarının tranziti üçün unikal imkanlar açır.Lakin bu potensialın reallaşdırılması üçün mövcud logistika‘darboğazları’nı aradan qaldırmaq — ilk növbədə vaqon parkınıartırmaq və anbar güclərini genişləndirmək lazımdır”, — deyə oəlavə edib.

Məqalədə:
Seçilən
76
az.trend.az

1Mənbələr