Rusiyanın tanınmış jurnalisti və televiziya aparıcısı Aleksey Pimanov 64 yaşında vəfat edib. Musavat.com xəbər verir ki, bu barədə Birinci Kanal məlumat yayıb.
Məlumata görə, uzun illər “İnsan və qanun” verilişinin siması kimi tanınan Pimanovun ürəyi dayanıb. Telekanal onun ölümünü kollektiv üçün böyük itki adlandırıb və ailəsinə başsağlığı verib.
Aleksey Pimanov jurnalist, rejissor və prodüser kimi də fəaliyyət göstərib. O, uzun illər “İnsan və qanun” proqramına aparıcılıq edib, eyni zamanda “Qırmızı ulduz” media holdinqinə rəhbərlik edib.
Musavat.com