AZ

"Beşiktaş" onu transfer etmək istəyir

Yazını böyüt
Yazını kiçilt

"Bayer"in müdafiəçisi Edmond Tapsoba karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Hafta.az xarici mediaya istinadən xəbər verir ki, "Beşiktaş" burkina-fasolu futbolçunu transfer etmək istəyir.

İstanbul nəhəngi 27 yaşlı mərkəz müdafiəçisini yayda heyətinə qatmaq üçün Almaniya klubu ilə danışıqlara başlamağı planlaşdırır.

Qeyd edək ki, "Bayer" Edmond Tapsobanı 2020-ci ilin yayında Portuqaliyanın "Vitoriya" klubundan 20 milyon avroya transfer edib. Təcrübəli müdafiəçi bu mövsüm Leverkuzen təmsilçisinin heyətində meydana çıxdığı 40 rəsmi matçda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
56
2
hafta.az

3Mənbələr