"Peyvəndə əks göstərişlər daimi və ya müvəqqəti olur".
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirib ki, peyvəndin tərkibində olan hər hansı bir komponentə qarşı reaksiya baş verdikdə və ya ağır gedişli immunçatışmazlığı olduqda, bu hal daimi əks göstəriş hesab olunur.
Hər hansı bir xəstəliyin sağalma dövrü bitdikdən sonra, peyvənd tətbiq oluna bilər. Bu hal müvəqqəti əks göstəriş hesab olunur.