AZ

İctimai şuranın üzvlərinə həssas qruplara göstərilən sosial xidmətlər barədə məlumat verilib

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 23 aprel, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyində nazirlik yanında İctimai şuranın üzvləri ilə görüş keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov həssas əhali qruplarından olan şəxslərlə bağlı həyata keçirilən sosial dəstək tədbirləri, imtiyazlı şəxslərin mənzil və avtomobillə, sanatoriya-kurort yollayışı ilə təminatı işləri barədə məlumat verib.

Bildirilib ki, xüsusi qayğıya ehtiyacı olan şəxslərin səyyar, stasionar və yarımstasionar sosial xidmətlərlə təminatı işləri diqqətə çatdırılıb. Xidmətlərə əlçatanlığın təmin edilməsi, həssas qruplara aid uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması üçün Bakı və bölgələrdə icra edilən sosial dəstək layihələri, reinteqrasiya tədbirlərindən bəhs olunub.

İctimai şuranın sədri Elşad Məmmədovun, şuranın digər üzvlərinin sualları da cavablandırılıb, onların fikirləri və təklifləri dinlənilib, yeni rəqəmsal həll olan Sosial Xidmət Xəritəsi barədə də məlumat verilib, sosial xidmətlərin əhatə dairəsinin genişləndirilməsi istiqamətində aparılan işlərin davam etdirildiyi bildirilib.

Görüşdə gələcək əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
78
1
azertag.az

2Mənbələr