Yuxudan necə oyanmağınız bütün gününüzün məhsuldarlığına və əhvalınıza birbaşa təsir edir.
Pravda.az oyanan kimi edilməsi vacib olan bir neçə məqamları təqdim edir:
Bir stəkan su için
Gecə boyu susuz qalan bədəni oyatmağın ən yaxşı yolu su içməkdir. Bu, maddələr mübadiləsini sürətləndirir və toksinlərin atılmasına kömək edir.
Gərilmə hərəkətləri edin
Yataqdan dərhal qalxmaq əvəzinə, əzələlərinizi yüngülcə dartın. Bu, qan dövranını tənzimləyir və bədəndəki "yuxu ağırlığını" götürür.
Telefondan uzaq durun
Oyanan kimi sosial media və ya e-poçtları yoxlamaq stress səviyyəsini artırır. İlk 15-30 dəqiqəni yalnız özünüzə ayırın.
Gün işığından yararlanın
Pərdələri açın və ya eyvana çıxın. Təbii işıq beyinə "gün başladı" siqnalını göndərərək melatonin hormonunu azaldır və sizi gümrahlaşdırır.
Proteinli səhər yeməyi
Günün ilk yeməyində proteinə üstünlük vermək şəkər balansını qoruyur və günorta saatlarında enerjinizin düşməsinin qarşısını alır.
Əminə Bayramova