AZ

Enerji müharibəsində zaman İranın xeyrinə işləyir

Tehran qlobal neft ehtiyatlarının tükənməsinə oynayaraq yaxın aylarda böhranın pik həddə çatacağını gözləyir…

Enerji müharibəsində zamanın İranın xeyrinə işlədiyi bildirilir.

Poliqon xəbər verir ki, bu barədə The Telegraph nəşri məlumat yayıb.

Məlumata görə, Tehran strategiyasını uzunmüddətli gözləmə və təzyiqə davam gətirmə üzərində qurub. İran hesab edir ki, qlobal neft ehtiyatlarının tədricən azalması və bazarda təklifin daralması yaxın aylarda enerji böhranını daha da dərinləşdirəcək.

Artıq Fars körfəzi regionunda yaranmış blokada nəticəsində dünya bazarı neft tədarükünün təxminən səkkizdə bir hissəsini itirib. Bu isə qiymətlərin sürətlə artmasına və enerji bazarında qeyri-sabitliyin güclənməsinə səbəb olub.

Proqnozlara görə, əgər İran mövqeyindən geri çəkilməzsə, yaxın dövrdə benzin qiymətlərinin 8 dollar səviyyəsinə yüksəlməsi və yanacaq çatışmazlığının yaranması real ssenariyə çevrilə bilər. Bu vəziyyət ABŞ-də Konqres seçkiləri ərəfəsində daxili siyasi balansı da sarsıda bilər və Vaşinqtonun mövqelərinə ciddi zərbə vura bilər.

Analitiklər hesab edir ki, İranın əsas məqsədi güzəştə getmədən gözləmək və Qərb ölkələrini artan qiymətlər və boşalan ehtiyatlar vasitəsilə kompromisə məcbur etməkdir. Bu yanaşma klassik hərbi strategiyadan fərqli olaraq iqtisadi və zaman faktoruna əsaslanır.

Ekspertlərin fikrincə, bu qarşıdurmada İranın əsas silahı hərbi güc deyil, vaxtdır. Uzanan böhran həm qlobal iqtisadiyyata ciddi zərbə vurur, həm də enerji təhlükəsizliyi məsələsini yenidən beynəlxalq gündəliyin əsas mövzularından birinə çevirir.

Poliqon.info

Seçilən
63
poliqon.info

1Mənbələr