AZ

“Avtomatlaşdırma və süni intellekt” hakatonu gənclərin praktiki bacarıqlarının inkişafına xidmət edir ŞƏRH

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bak, 23 aprel, AZƏRTAC

Bakıda keçirilmiş “Avtomatlaşdırma və süni intellekt” hakatonunun (“Automation & AI Hackathon”) əsas məqsədi gənclərin süni intellekt və avtomatlaşdırma texnologiyalarını yalnız nəzəri deyil, həm də praktik şəkildə tətbiq etməsini dəstəkləməkdir. Tədbir İnnovasiya və Rəqəmsa İnkişaf Agentliyi və Azərbaycan İnnovasiya Mərkəzinin dəstəyi ilə baş tutdu. Hakaton təxminən 80 gənc developer, tələbə və texnologiya həvəskarını bir araya gətirib.

Bu barədə AZƏRTAC-a açıqlamasnda “Devazeai” icmasının qurucusu və rəhbəri Fərhad İmanov bildirib.

Fərhad İmanov qeyd edib ki, hakaton çərçivəsində iştirakçıların qısa müddət ərzində real problemləri analiz etməsi və onlar işlək məhsula çevirməsi hədəflənib: “Biz istəyirdik ki, hakaton iştirakçıları qısa müddət ərzində real problemləri analiz edib, onları işlək məhsula çevirsinlər. Bu baxımdan hakaton çox uğurlu keçdi və komandalar gözlədiyimizdən daha sürətli və effektiv nəticələr ortaya qoydular”, – deyə F.İmanov vurğulayıb.

F.İmanov qeyd edib ki, iştirakçılar "n8n" və "fal.ai" kimi qlobal platformalardan istifadə edərək real süni intellekt əsaslı həllər qurmağa nail olublar. “Bu, göstərir ki, Azərbaycanda gənclər artıq bu texnologiyalara adaptasiya olmağa başlayır”, – deyə o əlavə edib.

Fərhad İmanovun sözlərinə görə, təşəbbüsün məqsədi yalnız bir tədbir keçirmək deyil, yeni yaradılan “Devazeai” icması vasitəsilə uzunmüddətli perspektivdə Azərbaycanda süni intellekt və developer icmasını inkişaf etdirməkdir. “Biz bu istiqamətdə fəaliyyətimizi davam etdirməyi planlaşdırırıq”, – deyə icma rəhbəri bildirib.

Müxbir – Pərvanə Qafarova

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
57
azertag.az

1Mənbələr