AZ

“Hörmüz boğazı üzərində tam nəzarətimiz var” - Tramp

ABŞ Prezidenti Donald Tramp İran daxilində siyasi fikir ayrılıqlarının dərinləşdiyini bildirib və Vaşinqtonun Hörmüz boğazında tam nəzarətə malik olduğunu iddia edib.

Redaktor.az xəbər verir ki, Tramp “Truth Social” platformasında paylaşım edərək İran rəhbərliyində “sərt xətt tərəfdarları” və “mötədillər” arasında daxili qarşıdurma olduğunu qeyd edib.

“İran öz liderinin kim olduğunu anlamaqda çətinlik çəkir. Sərt xətt tərəfdarları ilə mötədillər arasında gedən daxili mübarizə xaos yaradır”, – deyə o bildirib.

Tramp əlavə edib ki, ABŞ Hörmüz boğazı üzərində tam nəzarətə malikdir və heç bir gəmi ABŞ Hərbi Dəniz Qüvvələrinin razılığı olmadan bu su yoluna daxil ola və ya çıxa bilməz.

Onun sözlərinə görə, İran razılaşma əldə edənə qədər Hörmüz boğazı “praktiki olaraq bağlanmış” vəziyyətdə qalır.

 

Aminə ŞAHSUVARQIZI

Seçilən
70
1
redaktor.az

2Mənbələr