AZ

Abşeron Mall-da "ulduz yağışı": alış-verişinizi konsert biletinə çevirin!

(®) 10 mayda regionun ən böyük festivalı çərçivəsində Türkiyənin pop kraliçası Demet Akalın, sevilən ifaçılar Hiss, Mərdan, Kadir və Orxan bir səhnədə olacaqlar.

Həmin gün saat 12:00-da uşaqlar üçün ödənişsiz əyləncə və rəqs şouları ilə başlayacaq, saat 17:00-da isə böyük konsert start götürəcək.

Bu möhtəşəm gecədə iştirak etmək üçün Abşeron Mall-dakı istənilən mağazadan cəmi 50 AZN-lik alış-veriş etmək kifayətdir. Etdiyiniz hər 50 AZN-lik alış-veriş qəbzini marketinq ofisinə təqdim edərək 1 ədəd bilet əldə edə bilərsiniz. Nə qədər çox alış-veriş etsəniz, bir o qədər çox bilet qazanmaq şansınız var.

Həm alış-verişin dadını çıxarmaq, həm də ulduzlarla əylənmək üçün 10 mayda yolunuzu Abşeron Mall-dan salın. Bu unudulmaz musiqi bayramını qaçırmayın!

Seçilən
18
1
marja.az

2Mənbələr