AZ

Neft Fondunun investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatında ən çox pay Şimali Amerikaya məxsusdur

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 23 aprel, AZƏRTAC

Martın 31-nə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatında 26,5 faizi Şimali Amerika, 25,9 faizi Avropa, 8 faizi Asiya, 1,4 faizi Yaxın Şərq, 0,9 faizi Avstraliya-Yeni Zelandiya, 0,1 faizi Latın Amerikası, 0,02 faizi Afrika ölkələri təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu barədə ARDNF-in 2026-cı ilin birinci rübü üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatında deyilir.

Həmçinin investisiya portfelinin 35,6 faizini qızıl, 1,6 faizini beynəlxalq maliyyə təşkilatları təşkil edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
1
azertag.az

2Mənbələr