AZ

Vəfa Musayeva: Bir gün oxatma və ya güllə atıcılığı ilə peşəkar səviyyədə məşğul ola bilərəm

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 23 aprel, AZƏRTAC

Bir gün kamandan oxatma və ya güllə atıcılığı ilə peşəkar səviyyədə məşğul ola bilərəm.

Bu sözləri AZƏRTAC-a geniş müsahibəsində Azərbaycanın qadın alpinisti Vəfa Musayeva deyib.

O, atıcılıq idman növü üzrə kifayət qədər yaxşı bacarığının ola biləcəyini bildirib: “Bu iki idman növü məni xüsusilə cəlb edir. Mümkündür ki, bir gün bu maraq daha ciddi istiqamət alsın. Amma eyni zamanda özümə xatırladıram ki, insan 10 il əvvəl nə olacağını bilmədiyi kimi, 10 il sonra da harada olacağını dəqiq deyə bilmir. Ona görə də düşünürəm ki, əgər insanın marağı varsa, onu sınamaqdan çəkinməməlidir. Mən də bunu edə bilərəm. Hələlik isə bu, qəti qərar deyil, daha çox zamanın nə göstərəcəyi ilə bağlı bir ehtimaldır”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
37
1
azertag.az

2Mənbələr